22 Noyabr 2018 23:28
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda Fida Hüseyn adlı nazir İslamabad-Gilgit reysinin ləğv olunmasına paytaxt hava limanında geyimlərini yandıraraq etiraz edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik əməkdaşlarının ona yaxınlaşdığını görən nazir qollarını uzadaraq qandallanmasını istəyib.

Fida Hüseynin dekabrın 3-də hakim qarşısına çıxarılacağı bildirilir.

Qeyd edək ki, Pakistan Beynəlxalq Hava Yolları saat 7:00-dakı İslamabad-Gilgit reysini qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salaraq ləğv etmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər