Qərbin hərbi-siyasi bloku dəfələrlə səsləndirdiyi bəyanatların boş olduğunu sübut edib. SSRİ-nin dağılması ərəfəsində NATO rəhbərliyi Prezident Mixail Qorbaçova Varşava Paktı ölkələrini alyansa üzv edilməyəcəyini bildirmişdi. Lakin bu, vəd yalan çıxdı.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova jurnalistlərə açıqlamasında belə deyib.
Zaxarovaya görə, NATO təkcə Sovet İttifaqını yox, bütün dünya ictimaiyyətini aldadıb: “Bu, ən böyük yalan idi”.
XİN rəsmisi ABŞ və müttəfiqlərini belə yalanlarla dünyada sabitliyi pozmaqda ittiham edib.
Qeyd edək ki, Varşava Müqaviləsi (Varşava Müqaviləsi Təşkilatı) Albaniya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Polşa, Rumıniya və SSRİ arasında imzalanıb.