Çində baş verən partlayış zamanı 22 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Çinin Hibey əyalətində yerləşən kimyəvi zavodlardan birində olub.
Hadisə zamanı 50-dən çox avtomobilə ziyan dəyib.
Hazırda partlayışın baş vermə səbəblərinə dair araşdırmalar başlanılıb.