4 Dekabr 2018 19:52
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya böhranı ilə bağlı müzakirələrin aparılması üçün Türkiyə, Rusiya və Almaniya liderləri yenidən bir araya gələcəklər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putinin müşaviri Yuri Uşakov deyib.

Qeyd edək ki, 27 oktyabrda İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya liderlərinin iştirakı Suriya münaqişəsinə dair dördtərəfli zirvə görüşü keçirilib. Zirvədə əsas müzakirə İdlibdə atəşkəsin möhkəmləndirilməsi və Suriya böhranının siyasi həlli üçün birgə səylər olub.

Zirvə toplantısının ikinci mərhələsi başqa bir şəhərdə keçirilə bilər. Uşakov görüşün yeri və vaxtı barədə açıqlama verməsə də, onun Fransanın adını qeyd etməməsi diqqət çəkir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər