Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın “Zik” telekanalında siyasi tok-şounun aparıcısı olacaq.
Teleqraf.com xəbər verir ki, Saakaşvili “Cokerlər. Prezidentlərlə yol” adlı proqrama aparıcılıq edəcək.
Tok-şou Ukrayna prezidenti postuna namizədlər haqqında araşdırmalar seriyası təqdim edəcək. Proqramın ilk buraxılışı dekabrın 7-də efirə çıxacaq.