7 Dekabr 2018 19:30
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Urmiya şəhərini İran voleybol liqasında təmsil edən “Şəhrdari” növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Urmiya təmsilçisi evdə Sircanın “Fulad” klubunu qəbul edib.

3:1 hesabı ilə rəqibin xeyrinə başa çatan oyunda tamaşaçı qismində iştirak edən azərbaycanlılar milli şüarlar səsləndiriblər.

Soydaşlarımız “Haray, haray mən türkəm” və “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan” kimi şüarlarla sevimli komandalarına dəstəklərini nümayiş etdiriblər.

Oyundan video-görüntünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər