7 Dekabr 2018 17:49
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Buenos-Ayresdə keçirilən “G20” zirvə görüşündən günlər keçsə də, bununla bağlı bu və ya digər istiqamətlərdə müzakirələr səngimir.

Tədbir çərçivəsində keçirilən bir sıra tədbirlərdə dövlət başçıları xatirə şəkli çəkdirərkən istər-istəməz yaxın məsafədə təmas qura bilirdilər.

Teleqraf.com xəbər verir ki, növbəti görüşlərin birində Putinlə Tramp arasında yaşanan qəribə görüntülər maraqla qarşılanıb.

Diqqətçəkən məqam Rusiya Prezidentinin Donald Trampa cəlbedici baxışları idi.

ABŞ prezidentinin şəxsi Twitter səhifəsində paylaşdığı fotoda da sözügedən məqam özünü qabarıq şəkildə büruzə verir.

Şəkildən göründüyü kimi, Trampın digər dövlət başçılarının yanından keçərkən ayaq saxladığı anda Putinin ona qəribə nəzərləri əksəriyyət tərəfindən maraqla qarşılanıb.

Hətta Putinin Trampa qarşı reaksiyasını “İlin baxışı” adlandırıblar.


Müəllif: Teleqraf.com