Rusiyada ölüm hallarının böyük hissəsi keyfiyyətsiz qidaların və qeyri-düzgün qidalanmanın payına düşür.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Rusiyanın İstehlakçıların Hüquqlarının Qorunması üzrə Federal Xidməti (Rospotrebnadzor) çıxış edib.
“Məhsulların markalanmasında yol verilən nöqsanlar ölkə əhalisi arasında xəstəliklərin sayının sürətlə artmasına səbəb olub. Rusiyada ölüm hallarının 63 faizi alimentar-asılılıq xəstəliyinin (pis qidalanma nəticəsində yaranır) payına düşür. Piylənmə dərəcəsi isə qadınlar arasında kişilərə nisbətən 2-2,5 dəfə yüksəkdir”, – deyə federal xidmətin açıqlamasında bildirilir.
Xidmətin məlumatında o da qeyd olunur ki, şəkərdən, yağlı qidalardan və duzdan çox istifadə ölkədə ürək-damar xəstəliklərinin, arterial hipertoniyanın və şəkərli diabetin inkişafına gətirib çıxarıb.