9 Dekabr 2018 16:55
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Farah vilayətində “Taliban” silahlılarının hücumu nəticəsində azı 8 hərbçi həlak olub, daha 6 əsgər əsir götürülüb.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, Bala Buluk rayonundakı hərbi bazaya hücum edən silahlılar oradan silah və döyüş sursatları götürüblər.

Hücum zamanı baş verən atışma nəticəsində “Taliban”ın iki üzvü də yaralanıb.


Müəllif: Teleqraf.com