10 Dekabr 2018 02:05
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə - Qəzza bölgəsinin Ofra yaşayış məskənində ərəb mənşəli şəxs dayanacaqda gözləyən insanlara atəş açıb.

Teleqraf.com xəbər verir ki, nəticədə 1-i ağır olmaqla 6 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

İsrail polisi silahlı şəxsin hərəkətdə olan nəqliyyat vasitəsindən kənara atəş açdığını qeyd edib. Onun yaxalanması istiqamətində tədbirlər həyata keçirilir.


Müəllif: Teleqraf.com