Vensuela Prezidenti Nikolas Maduro ABŞ-ın onun başçılıq etdiyi hökuməti devirməyə hazırlaşdığını iddia edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı artıq bununla bağlı planın hazır olduğunu bildirib.
Maduro qeyd edib ki, Venesuelada həyata keçirilməsi planlaşdırılan inqilab uzunmüddətli müzakirələrdən sonra yekunlaşıb.
“Venesuelanın demokratiyasını zəiflətmək və ölkəmizdə çevriliş etmək məqsədilə Ağ Ev hazırlıqlara başlayıb. Məsələ ilə əlaqədar yaxın vaxtlarda geniş açıqlama verəcəyəm”.
Qeyd edək ki, Venesuela rəsmiləri avqust ayında Karakasda hərbi parad zamanı Nikolas Maduroya qarşı sui-qəsdə cəhd edildiyini iddia etmişdi.
Prezident ABŞ-ın sui-qəsd planını həyata keçirmək üçün Kolumbiyaya təlimat verdiyini demişdi.