26 Avqust 2014 18:16
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Estoniyaya gələcək.

Bu il sentyabrın 4-5-də Uelsdəki Nyuport şəhərində NATO-nun sammiti keçiriləcək.

Estoniya KİV-lərinin məlumatına görə, sammit ərəfəsində, sentyabrın 3-də ABŞ Prezidenti Barak Obama Estoniyaya gələcək. Ağ Evin bəyanatında deyilir: “ABŞ Ukraynadakı son hadisələri nəzərə alaraq Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərimizi növbəti dəfə dəstəyimizə inandırmaq üçün addımlar atır”.

Xarici İşlər Nazirliyinin başçısı Urmas Paetin sözlərinə görə, “Estoniya ilə ABŞ arasında möhkəm, yaxşı və sıx əlaqələr var, Avropada və dünyada sürətli dəyişikliklərin baş verdiyi indiki vaxtda ABŞ Prezidentinin Estoniyaya səfəri xüsusilə əhəmiyyətli hadisədir”.

Nihad


Müəllif:

Oxşar xəbərlər