17 Dekabr 2018 15:03
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici işlər naziri Sergey Lavrov rəsmi Moskva və İrəvan arasında Ermənistana əcnəbi bir ölkənin ordusunun yerəşdirilməsini qadağan edən sənədin imzalanmasının vacib olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Komsomolskaya Pravda” qəzetinin jurnalistlərinin suallarına cavab verərkən danışıb.

Lavrov Rusiyanın MDB məkanında ABŞ-la müqayisədə daha geniş nüfuza malik olduğunu iddia edib.

“Bir çox MDB ölkələrinin hakimiyyətləri ilə yanaşı, müxalifət sistemləri ilə də işləyirik. Sistem xaricində olan, yaxud yer altında olan qüvvələrlə işləmirik. Ehtimal edilən inqilablara qarşı “immunitetimizi” gücləndirmişik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər