ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyadakı nümayəndəsi Brett Makqrek bu ölkənin qoşunlarının Suriyadan çıxarılmasına etiraz əlaməti olaraq, istefa verib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə CBS telekanalı məlumat yaylıb.
"Brett Makqrek 2019-cu ilin fevralında istefa verməyə hazırlaşırdı. Lakin mənbələr bildirir ki, o, istefa qərarını tezləşdirmək barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeonu məlumatlandırıb. Makqreyk Trampın 2000 hərbçini Suriyadan çıxarmaq barədə qərarı ilə qətiyyən razı deyil və o, bunu ABŞ-ın regionda öz müttəfiqlərini atması kimi qiymətləndirir", - telekanal bildirib.