23 Dekabr 2018 01:16
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın enerji birjasında neft müştəriləri neftin pulunu 100% rial şəklində ödəyə bilərlər.

Bu sözləri İran parlamentinin iqtisadiyyat komissiyasının rəhbəri Məhəmməd Rza Puribrahimi deyib.

Onun sözlərinə görə, xam neftin satışı ilə bağlı pulun ödənməsinin sadələşdirilməsi üçün Neft Nazirliyi Ali İqtisadi Koordinasiya Şurasına təklif verib və lazımi araşdırmalardan sonra razılıq əldə olunub. Razılığa görə, enerji birjasında xam neftin pulunun 100% rialla ödənilməsi nəzərdə tutulur və beləliklə, müştərilər üçün yeni imkan yaradılır.

İran parlamentinin rəsmisi əlavə edib: "İranla iqtisadi dövriyyəsi olan xarici ölkələrin səfirlərinin bir neçəsi ötən bir ay ərzində enerji birjasında İranın Milli Neft Şirkətinin icraçı direktoru və üzvləri ilə bir neçə iclas keçirib və birja vasitəsi ilə neftin satın alınması haqda razılaşmalar əldə olunub".

Puribrahimi deyib ki, müştərilərin vəsaitin ödənməsi ilə bağlı problemləri olub və təklif edirdilər ki, pul nəqlində məhdudiyyətlərə görə, vəsait başqa metodlarla ödənsin. Xoşbəxtlikdən Ali İqtisad Koordinasiya Şurasının təsdiqi ilə neftin pulunun tam şəkildə rialla ödənməsi qəbul edildi.

"Xam neftin enerji birjasında satışa çıxarılması yeni bir təcrübədir. Zamanın keçməsi ilə bu satış metodunun dövriyyəyə daxil olmasını istəyirik. Ümid edirəm ki, növbəti satışlar da tezliklə həyata keçiriləcək" – deyə o bildirib.

Puribrahimi əlavə edib ki, Milli Neft Şirkəti və Neft Nazirliyi hazır olduqlarını bildirərlərsə, birjanın hazır olduğunu nəzərə alaraq bu həftə birjada neft satışa çıxarılacaq: "Belə olmadığı təqdirdə, Neft Nazirliyinin hazır olduğunu elan etməsi ilə gələn həftələr ərzində neft satışa çıxarılacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər