23 Dekabr 2018 23:28
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada güclü zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb.

Qərbi Sumatra adası yaxınlığında baş verən zəlzələnin gücü 5,0 bal olub.

Yeraltı təkanlar 105,8 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, dünən İndoneziyanın qərbində güclü sunami olub. Sunami qurbanlarının sayı 200-ə çatıb, yüzlərlə xəsarət alan var.


Müəllif: Teleqraf.com