Misirin Əl-Boheyra əyalətindəyük maşını ilə marşrut mikroavtobusun toqquşması nəticəsində 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyiməlumat yayıb.
Bildirilir ki, qəza Qahirə-İsgəndəriyyə yolunda baş verib. Yük maşını toqquşmadan sonra uğursuz manevr nəticəsində mikroavtobusun üzərinə aşıb.