Banqladeşdə keçirilən parlament seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb.
İqtidardakı Şeyx Hasinanın liderliyindəki Böyük İttifaq seçkilərdə böyük fərqlə qalib gəlib.
Bu ittifaq parlamentdəki 300 mandatdan 281-ni əldə edib.
Müxalifətdəki Kamal Hüseynin Milli Birlik İttifaqı isə sadəcə 6 mandat qazana bilib. Digər partiyaların parlamentdə hansı sayda deputatla təmsil olunacağı rəsmi nəticələr elan olunduqdan sonra bilinəcək.
Qeyd edək ki, Böyük İttifaqın daxil olduğu Avami Birliyi üçüncü dəfə hökuməti quracaq.