Putin rusiyalı sərhədçilərin Ukraynaya daxil olmasına münasibət bildirib.
Ukrayna antiterror əməliyyatı nəticəsində tutulan şəxsin Facebook səhifəsində sorğu-sualının videoları yerləşdirilib. Ələ keçirilən şəxslərdən biri ona verilən sualın cavabında hərbi təlimlər üçün səfərbər olduqlarını bildirib. Rusiya Müdafiə Nazirliyi onların rus əsgəri olduğunu və sərhəd ərazilərdə patrul xidməti həyata keçirdiklərini bildirib.
Rusiya prezidenti Vladimir Putin də onların sərhədçi əsgərlər ola biləcəyini istisna etməyib.
“Mən Müdafiə Nazirliyi və Baş qərargahdan rəsmi məruzə almamışam. Amma eşitdiyimə görə onlar patrul xidməti həyata keçirən sərhədçilər olub. Onlar təsadüfən Ukrayna ərazisinə keçə bilər. Ukrayna hərbçiləridə öz növbəsində bəzən Rusiya ərazisinə keçiblər. Onlar da silahlı şəkildə ələ keçiriliblər və bununla bağlı heç vaxt problem olmayıb. Ümid edirəm ki, Ukrayna tərəfdən də problem yaşanmaz”, - deyə Putin bildirib.
Ukraynanın şərq vilayətlərində davam silahlı münaqişə 2000 nəfərdən çox adamın ölümünə səbəb olub.
/anspress/