11 Yanvar 2019 23:00
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti fevralın 5-də ABŞ-a səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ-da iki ölkəni təmsil edən birgə işçi qrup Suriya böhranı, FETÖ və PKK ilə mübarizəyə dair müzakirələri davam etdirəcək.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin baş qərargah rəisi, general-mayor Cozef Danfordın rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarın 7-8-də Ankarada keçirdiyi görüşlərdə bu məsələlər müzakirə olunub.


Müəllif: Teleqraf.com