18 Yanvar 2019 07:17
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp davam edən büdcə böhranına görə Amerika nümayəndə heyətinin Davosa - Ümumdünya İqtisadi Forumuna səfərini ləğv edib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin açıqlamasında bildirilir.

"800 min nəfərdən çox gözəl Amerika işçisinini maaşlarını almaması, həmçinin öz komandasının işini lazımı səviyyədə təmin etmək üçün prezident Tramp İsveçrədə, Davosda Ümumdünya İqtisadi Foruma nümayəndə heyətinin səfərini ləğv edib", - deyə o qeyd edib. dedi.

Əvvəlcə güman edilirdi ki, ABŞ-ın Ümumdünya İqtisadi Forumunda nümayəndə heyətinə Donald Tramp özü başçılıq edəcək. Ancaq o, yanvarın 10-da özünün "Twitter" səhifəsində yazıb, Ağ Ev və Konqres arasında Amerika-Meksika sərhədi üzərində nəzarətin güclənməsi ilə bağlı mübahisələrə görə bu səfəri ləğv edəcək.

Daha sonra Amerika administrasiyasının iki nümayəndəsi bildirib ki, nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın dövlət katibi Maykl Pompeo başçılıq edəcək.


Müəllif: Teleqraf.com