28 Avqust 2014 14:19
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trabzonun Akçaabat rayonunda, İmam Hatip liseyində qalmaqal yaşanıb.

Belə ki, liseyin müəllimlərindən birinin 17 yaşlı tələbəsinə təcavüz etdiyi ortaya çıxıb.
Yunus D. adlı müəllimin liseyin tələbəsi Z.C-yə təcavüz etməsi bütün Trabzonu şoka salıb.
Hadisə 10-cu sinif şagirdi Z.C.-nin başına gələnləri ailəsinə söyləməsi və onların polisə müraciət etməsi ilə ortaya çıxıb.

Z.C 1 il öncə individual ərəb dili dərsi aldığı müəllimi Yunus D. tərəfindən zorlandığını və lisey rəhbərliyinin bundan xəbəri olsa da hadisəni ört-basdır etməyə çalışdıqlarını iddia edib.

Şıkayətə görə cinayət işi açılıb. Ərəb dili müəllimi Yunus D. ortadan qeyb olduğu üçün axtarışa verilib. Eyni zamanda Lisey rəhbərliyi və bir neçə müəllim dindirilib. Amma cinayətdən xəbərdar olmalarını inkar etdikləri üçün sərbəst buraxılıblar.

İnzibatı və məhkəmə araşdırması davam edir. Zorlanan lisey tələbəsi Z.C. isə başqa bir liseyə keçirilib.

Ülkər


Müəllif:

Oxşar xəbərlər