2 Fevral 2019 17:47
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də Ermənistanın Şirak rayonunda qəzaya uğrayan “SU-25” döyüş təyyarəsinin “qara qutu”sunun səs kardioqrammının nəticələri Müdafiə Nazirliyinə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan məlumat verib.

Onun sözlərinə görə, təyyarənin “qara qutu”sunun ekspertizası rusiyalı mütəxəssislər tərəfindən həyata keçirilib:

“Səs kardioqramının nəticələri qəbul edilib. Hələ cavabı məlum olmayan başqa səslər var. Bu, uzun müddət tələb edir, müxtəlif cəhətdən araşdırılır və təqsirləndirilən varsa, günahkar elan ediləcək”.

Artsrun Hovhannisyan əlavə edib ki, nəticələr nəticələr hərbi sirr ola bilər.

Qeyd edək ki, qəza nəticəsində iki pilot (Armen Babayan və Motsud Manukyan” həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər