"İŞİD" terror qruplaşması daha bir insanlıqdan kənar cinayətə əl atıb.
Teleqraf.com-un "BBC"-yə istinadən verdiyi məlumata görə, u dəfə terrorçuıar kürd döyüşçünün başını necə kəsdiklərini sosial şəbəkədə payılaşıb.
Videoyazıda narıncı geyimli bir neçə nəfərin kürd könüllü döyüşçüləri kimi təqdim olunduğunu görmək mümkündür. Terrorçular əlləri bağlı olan kürd döyüşçünü diz ustə çokdürərək onun başını qəddarcasına kəsir.
Yaraqlılar bildirirlər ki, əgər kürd döyüşçüləri ABŞ-ın siyasətini dəstəkləməyə davam edərsə digər əsirlərlə də bu cür davranacaqlar.
Qeyd edək ki, son günlər kürd döyüşçüləri Amerika aviasiyasının dəstəyi ilə "İŞİD" terrorçularına qarşı mübarizə aparır.