Avqustun 20-də keçiriləcək seçkilərə qədər Əfqanıstan hökuməti ilə Taliban arasında sülh müzakirələrində nəticə əldə olunmasına çalışırıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Əfqanıstan üzrə xüsusi səfiri Zalmay Halilzad deyib.
Xüsusi nümayəndə qeyd edib ki, avqustun 20-də keçiriləcək seçkilərdən öncə belə bir barışığın əldə edilməsi Əfqanıstan üçün çox yaxşı hadisə olar.
Müzakirələrin çox çətin keçdiyinin fərqində olduğunu qeyd edən diplomat əlavə edib ki, sülh müzakirələrində irəliləyiş əldə edilməsə də, seçkilər keçiriləcək:
“Bu zaman biz də sağlam formada seçkilərin baş tuta bilməsi üçün bütün hazırlıqlara dəstək verəcəyik”.
Sülh danışıqları prosesində zaman-zaman geriləmələrin ola biləcəyini ifadə edən səfirə görə, bu müzakirələrdə ABŞ-ın geri çəkilməsi kimi mövzu müzakirə edilmir.
“Sülh razılaşması tərəflərin geri çəkilməsinə yol aça bilər. Ancaq bizim apardığımız bu proses tərəflərin geri çəkilməsi haqqında deyil. Ayrıca hər mövzuda anlaşma əldə edilmədən “razılaşdıq” ifadəsi işlədilməməlidir”,- xüsusi səfiri Zalmay Halilzad bilirib.