13 Fevral 2019 16:37
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə naziri David Tonoyanı təzkib edərək Ermənistanın Suriyada hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırmadığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, parlamentdə çıxışı zamanı Paşinyan erməni hərbçilərinin Suriyada xüsusi humanitar missiya məqsədilə getdiyinə inandırmağa çalışıb.

“Müdafiə nazirinin cavabına gəlincə, bunu aydınlaşdırmaq lazımdır ki, hansı kontekstdə bu bəyanatı verib. Amma bizim belə planımız yoxdur”, - Nikol Paşinyan deyib.

Qeyd edək ki, Ermənistan Müdafiə naziri David Tonoyan Ermənistan ordusunun Suriyadakı hərbi əməliyyatlarda iştirak edə biləcəyini söyləmişdi: “Erməni humanitar missiyasının Suriyaya göndərilməsi barədə yazılı müraciət bizə Suriyanın de-fakto hökumətindən daxil olub. Humanitar missiya qanuna tam uyğundur. Əlavə olaraq onu deyə bilərəm ki, əgər hərbi fəaliyyətlərdə iştirak ehtiyacı yaransa, Ermənistan bunu mütləq qanunauyğun şəkildə edəcək. Düşünürəm ki, bu cür qərarın qəbulu üçün biz Ermənistan parlamentindən kənar qüvvələrlə də işləyəcəyik”.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi fevralın 8-də 83 erməni mütəxəssis qrupunun Suriyaya getdiyinə dair açıqlama yaymışdı.

ABŞ Dövlət Departamenti isə Ermənistanın Suriyaya hərbi missiya göndərməsi barədə qərarını dəstəkləmədiyini açıqlamışdı.


Müəllif: Nərgiz

Oxşar xəbərlər