Qiymətlərin bahalaşması ilə əlaqədar son bir neçə ay ərzində Tehranda 180 restoran bağlanıb.
Teleqraf.com xəbər verir ki, ölkədə inflyasiya və qiymətlərin hər ay yüksəlməsi restoranlara gedənlərin sayının kəskin azalmasına səbəb olub.
Ölkədə yağ, toyuq, mal əti, tomat, dənli və paxlalı bitkilərin qiymətlərində ciddi artım müşahidə edilir.
Bununla əlaqəli olaraq Tehranda lisenziya ilə fəaliyyət göstərən 700 restorandan 180-i fəaliyyətini dayandırıb.
Qeyd edək ki, son günlər İranda mal ətinin bir kiloqramının qiyməti 1 milyon rialı (23,8 dollar) ötüb.