18 Fevral 2019 13:12
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Mayk Pensin verdiyi bəyanatlara baxmayaraq, Vaşinqton öz mövqelərini Moskva və Pekinə güzəştə gedir.

Teleqraf.com xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalının məqaləsində belə deyilir.

Mayk Pens Münhendəki çıxışında Donald Trampın prezidentliyi dövründə ABŞ-ın “azad dünyanın lideri” olduğunu bəyan edib.

“Der Spiegel”in iddiasına görə, bu fikrin reallıqla əlaqəsi azdır: “Artıq Amerika liderlik etmir, o, mövqelərindən çəkilir”.

Məqalədə vurğulanır ki, Rusiya, Çin, hətta İran ABŞ-ı geridə buraxmaqdadır. Bundan əlavə, Birləşmiş Ştatlar bütün tarixi ərzində Transatlantik münasibətlərdə ən dərin böhranını yaşayır.

Avropalı liderlərin Pensin sözlərinə reaksiyası jurnalistlərin diqqətindən yayınmayıb. Məqalədə bildirilir ki, onlar vitse-prezidenti “donuq sima” ilə dinləyiblər. Çünki Amerikanın müttəfiqliklə bağlı baxışları beynəlxalq təsəvvürlərlə üst-üstə düşmür: “Onlara aydın idi ki, Pensin düşüncəsi Amerika rəhbərliyinin düşüncəsidir: biri sərəncam verir, başqaları onları icra edir”.

Rusiyanın “Life.ru” saytı isə yazır ki, Almaniya baş naziri Angela Merkel Münhen Təhlükəsizlik Konfransında Avropanın Rusiya ilə münasibətlərin pozulmasında maraqlı olmadığını bildirib.


Müəllif: Səxavət