19 Fevral 2019 08:42
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk Vatikanda imam Musa Sədrin bacısı Rəbab Sədrlə görüşüb.

Roma Papası adətən dövlət başçılarını və səfirləri qəbul edir. Onun Yaxın Şərqin şiə liderinin bacısını qəbul etməsi beynəlxalq mətbuatın əsas xəbərinə çevrilib. Görüş zamanı Rəbab Sədr dünya katoliklərinin liderindən qardaşının tapılmasına kömək göstərməsini xahiş edib.

Qeyd edək ki, Livanda yaşayan Ayətullah Musa Sədr siyasi və dini lider kimi çox nüfuzlu şəxs olub. Yaxın Şərq ölkələrinin siyasi həyatına böyük təsir imkanına malik M.Sədr 1978-ci ilin avqustunda naməlum şəraitdə itkin düşüb. Həmin dövrdə Livan mətbuatı yazırdı ki, Liviyaya səfər edən M.Sədr Müəmmar Qəddafinin əmri ilə həbs edilərək Sabah şəhərinin həbsxanasına salınıb və bir müddətdən sonra elə məhz onun əmri ilə güllələnib. Lakin M.Sədrin ailəsi və tərəfdarları araşdırma apararaq onun Sabah şəhərinin həbsxanasında olmadığını bildiriblər. Həmin il Ərəb Dövlətləri Liqası M.Sədrin tapılması ilə əlaqədar komissiya yaratmışdı. Lakin bu günə qədər komissiya M.Sədrin taleyi barədə ictimaiyyətə heç bir məlumat verməyib.

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər