19 Fevral 2019 10:37
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya Müharibəsinin başa çatmasının simvolu kimi tarixə düşən George Mendonsa 95 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, müharibədən sonra ölkəsinə qayıdan dəniz piyadası Mendonsa Nyu-Yorkdakı “Tayms” meydanda yerlisini öpdüyü tarixi foto dünya savaşının başa çatmasının simvolu kimi qəbul olunur.

Mendonsanın qızı Şaron Moller bildirib ki, Rode İsland əyalətində yaşayan atası bazar günü 95 yaşında vəfat edib.

Fotodakı digər şəxs – Kreta Zimmer Fredman isə 2016-cı ildə 92 yaşında ölüb.

Fredman sonralar mətbuata bildirmişdi ki, illər boyu George ilə sıx təmas halında olub, görüşüb, lakin “Tayms” meydanında baş verən opus heç vaxt təkrarlanmayıb.

Sözügedən fotonu dövrün məşhur fotoqrafı Alfred Eisenstaedt çəkib.


Müəllif: Cavad

Oxşar xəbərlər