ABŞ Prezidenti Donald Tramp “Vaşinqton Post” qəzetinə qarşı 250 milyon dollarlıq məhkəmə iddiası qaldıran gəncə dəstək verərək, “göstər onlara Nik” ifadəsini işlədib.
Teleqraf.com xəbər verir ki, Tramp bu dəstəyini tvitter vasitəsilə ifadə edib.
Qəzetə dava açan şəxsin 16 yaşlı gənc olduğunu xatırladan prezident bəyan edib ki, “Vaşinqton Post” qəzeti qəzetçlik standartlarını heçə sayaraq prezidentə qarşı ittihamlarla çıxışlar edir.