Yaponiyanın şimalında 5,7 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanların episentri Hokkaydo adasının cənub-qərbində, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Bildirilir ki, yeraltı təkanlar 4 prefekturada hiss edilib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.