Cənubi Azərbaycanın Əhər şəhərində saxta alkoqollu içkilər qəbul edən 28 nəfər zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV-ə açıqlamasında Təbrizin Tibbi Elmlər Universitetinin rektorunun müavini Höccət Purfəthi deyib.
O bildirib ki, kustar yolla (əldə düzəldmə yolla) hazırlanmış alkoqollu içkilərdən zəhərlənənlər 19-50 yaş arası şəxslərdir:
“Onlardan bəzilərinin səhhəti ağırdır, görmə qabiliyyətlərini itirə, ölüm təhlükəsi ilə üz-üzə qala bilərlər. Zəhərlənənlərin əksəriyyəti Əhərin Vərgəhan kəndinin sakinləridir. Onlardan biri artıq komaya düşüb”.
Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İranın 8 əyalətində saxta alkoqollu içkilər qəbul edən 1000-dən çox insanın zəhərlənməsi halı qeydə alınmışdı.