İranın Gülüstan əyalətində 5 yaşlı türkmən qızı Səlaləni oğurlayıb, zorladıqdan sonra qətlə yetirən manyak edam edilib.
Teleqraf.com xəbər verir ki, qatil keçən ilin may ayında Ağ Qola şəhərinin Gəri Duci kəndində 5 yaşlı Səlaləni oğurlamaqda, onu zorlayaraq qətlə yetirməkdə ittiham edilib.
Törətdiyi cinayətə görə edama məhkum edilən və adı mediaya açıqlanmayan şəxs sözügedən kənddə ictimaiyyət qarşısında dara çəkilib.