Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Misirdə mətbuat konfransı zamanı çıxışını yarımçıq saxlayıb.
Teleqraf.com xəbər verir ki, buna onun telefonuna gələn zəng səbəb olub.
Telefona cavab verdikdən sonra, o jurnalistlərə həyat yoldaşının zəng etdiyini deyib.
Qeyd edək ki, Misirin Şarm-əş-Şeyx şəhərində Ərəb Dövlətləri Liqası və Avropa İttifaqının ilk birgə sammiti davam edir.