Fransanın paytaxtı Parisin yaxınlığında bina çöküb.
Teleqraf.com-un APA-ya istinadən verdiyi məlumata görə, bina partlayış nəticəsində dağılıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır, yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
Dağıntıların altında daha 5 nəfərin də qaldığı ehtimal edildiyi üçün xilasedicilər qrupu fəaliyyətini davam etdirir.
Partlayışın dəqiq səbəbi bilinmir. Hadisə yerinə gəlmiş Fransa daxili işlər naziri Bernard Cazeneuve ilkin ehtimal kimi kustar üsulla çəkilmiş qaz xəttindən sızma ola biləcəyini istisna etməyib.