28 Fevral 2019 10:06
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı bir il müddətinə uzadılıb.

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.

"Səfir Anjey Kaspşiki münaqişə üzrə şəxsi nümayəndəm təyin etdim, Minsk prosesinə inanırıq və uğur üçün lazım olan dəstəyi davam etdirəcəyik", - M.Layçak deyib.

Beləliklə, polşalı diplomat 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Qeyd edək ki, A.Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər