1 Sentyabr 2014 11:57
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sahib olduğumuz sionist irsi inkişaf etdirəcəyik”.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclası ərəfəsində verdiyi bəyanatda deyib.

İsrail dövlətinin yarandığı gündən sülh istəyən qonşularına yardım etdiyini bildirən baş nazir Həmasa ciddi zərbələr vurduğunu, mindən çox terrorçunun zərərsizləşdirildiyini vurğulayıb.

Netanyahu Həmasın ən böyük zərbəni son Qəzza hücumunda aldığını söyləyib: “Həmas atəşkəs üçün irəli sürdüyü bütün tələblərini geri çəkmək məcburiyyətində qalıb. Ümidvaram ki, yaranan bu sükunət uzun sürəcək. Bununla yanaşı biz malik olduğumuz sionist irsi inkişaf etdirməyə davam edəcəyik”.


İsrailin Qəzza zolağı yaxınlığındakı şəhərlərə edəcəyi yardıma da toxunan Netanyahu ölkəsinin bu məsələdə 419 milyon dollar dəyərində beş illik yardım planını təsdiqləyəcəyini açıqlayıb. Bu yardımın məqsədi təkcə kənd təsərrüfatı yaxşılaşdırmaq və ziyanları aradan qaldırmaq deyil, eyni zamanda əlavə təhlükəsizlik infrastrukturları da qurmaqdır.

Xatırladaq ki, İsrail uzun müddət blokada altında saxladığı Qəzzaya 7 iyunda havadan və dənizdən, 17 iyulda isə qurudan hücuma keçib və bu hücumların nəticəsində Fələstində 578-i uşaq olmaqla 2147 nəfər həyatını itirib. Daha sonra ordunu qurudan geri çəkərək hava hücumlarına davam edən İsrail Misirin vasitəçiliyində aparılan görüşlərin nəticəsi olaraq 26 avqustda atəşkəsə razılıq verib.

Samir


Müəllif: