6 Mart 2019 12:08
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Bukan şəhərində kustar üsulla hazırlanmış alkoqollu içki 11 nəfərin zəhərlənməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, zəhərlənənlərdən 2 nəfər həyatını itirib, 4 nəfərin isə vəziyyəti ağırdır.

Hadisə ilə əlaqədar polis tərəfindən araşdırma aparılır.

Oxşar hadisə ötən günlərdə Meşginşəhr və Əhər şəhərlərində baş vermişdi. Meşkinşəhrdə saxta içkilərdən 3 nəfərin öldüyü halda, 57 nəfər zəhərlənmişdi.

Əhərdə isə 1 nəfərin öldüyü, 100-dən çox insanın zərhərləndiyi açıqlanmışdı.

İranda 1979-cu ildə islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər