7 Mart 2019 11:18
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo ilə İraq baş naziri Adil Əbdülmehdi arasında telefon danışığı baş tutub. Müzakirələr zamanı Pompeo ABŞ-ın İraqın hökumətinə dəstəyini ifadə edib.

Teleqraf.com xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidməti bu müzakirələrlə bağlı məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, Mayk Pompeo Vaşinqton və Bağdad arasında strateji çərçivə razılaşmasına uyğun olaraq güclü və müstəqil İraq üçün verilən dəstəyi bir daha bəyan edib. Bundan başqa, dövlət katibi son olaraq İŞİD-in tör-töküntülərinə sıradan çıxarmaq üçün İraq hökuməti və xüsusi xidmət orqanları ilə birgə fəaliyyətdə qərarlığını ifadə edib.

Bu ara bəlli olub ki, Pompeo İraq Kürd Muxtariyyətinin sabiq lideri Məsud Bərzani ilə də telefon müzakirələri aparıb. Bu müzakirələrdə dövlət katibi Bərzaninin Kürdüstan Demokrat Partiyasında liderliyini davam etdirməsi, Bağdadla Ərbil arasında münasibətləri yaxşılaşdırmaq istiqamətində fəaliyyətinin əhəmiyyətli olduğunu ifadə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər