ABŞ İranı BMT Təhlükəsizlik Şurasının qərarlarını pozmaqda ittiham edərək Tehrana qarşı yeni sanksiyaların tətbiqinə dair çağırış edib.
Teleqraf.com xəbər verir ki, ABŞ BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda İranın orta mənzilli raket sınaqları keçirməsi və kosmosa iki peyk göndərməsini BMT-nin 223.1 saylı qərarının pozulması kimi qiymətləndirib.
İranın bu cür davranışlarla Yaxın Şərqdə qeyri-stabilliyə yol açdığı qeyd olunan məktubda ABŞ Təhlükəsizlik Şurasından İrana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsini istəyib.