11 Mart 2019 21:51
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlunun fevralın 12-də Antalyada keçirilməsi nəzərdə tutulan görüşü təxirə salınıb.

Axar.az xəbər verir ki, Moskva bu addımı rusiyalı nazirin iş qrafikinin gərgin olması ilə izah edib.

Rusiya XİN-in rəsmilərinin bildirdiyinə görə, görüş gələn həftə baş tuta bilər. Martın 18-nə planlaşdırılan görüş Türkiyənin Antalya şəhərində Ankara ilə Moskva arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində keçiriləcək. Məlumata görə, iki ölkənin xarici işlər nazirləri – Mövlud Çavuşoğlu və Sergey Lavrovun sədrliyi ilə keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq. Müzakirələrin nəticələri aprelin 14-də Moskvada keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına təqdim ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər