İrəvanın mərkəzində, Opera və Balet Teatrı yaxınlığında iğtişaş baş verib.
Teleqraf.com xəbər verir ki, iğtişaşa həmin ərazidə kafenin sökülməsi səbəb olub.
Kafe sahibləri söküntü işlərinin dayandırılmasını tələb edib. İğtişaş nəticəsində iki nəfər, o cümlədən bir polis əməkdaşı xəsarət alıb.
Bundan başqa, ayağından xəsarət alan Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan xəstəxanaya yerləşdirilib.