20 Mart 2019 16:59
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İrana tətbiq etdiyi sanksiyalardan sonra İraqa verdiyi möhlətin müddətini daha 3 ay uzadıb.

Teleqraf.com xəbər verir ki, 2018-ci ilin noyabrın əvvəllərində Birləşmiş Ştatlar İrana tətbiq etdiyi neft və qaz sanksiyalarından sonra bir neçə ölkəyə öz daxili tələbatlarını ödəmək üçün İrandan neft alışına möhlət vermişdi.

Bu icazə ilə İraq 90 gün müddətində İrandan heç bir məhdudiyyət olmadan enerji resursları ala biləcək.

Ağ Evin məsələ ilə bağlı açıqlamasında qeyd edilir ki, icazə müddətinin uzadılması İraqda enerji çatışmazlığından yaranan təhlükələrin qarşısını almaq üçündür.


Müəllif: Səxavət