21 Mart 2019 20:14
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində azı 45 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı məlumat verib.

Məlumata görə, xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər