24 Mart 2019 23:25
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Idai” qasırğasının törətdiyi sellər nəticəsində Cənubi Afrika ölkələri Mozambik, Zimbabve və Malavidə ölənlərin sayı 700-ü keçib.

Teleqraf.com xəbər verir ki, tropik qasırğası nəticəsində Mozambikdə ölənlərin sayı 417-ni ötüb.

Zimbabvedə 259, Malavidə isə 56 nəfər ölüb.

Martın 17-dən Mozambikin Beira şəhərindən başlayan qasırğa daha sonra qonşu Zimbabveyə keçib. Tropik qasırğa şiddətli külək, yağış və daşqınlarla müşayiət olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər