25 Mart 2019 11:43
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezident seçkilərinin keçirilməsinə bir həftə qalmış namizədlərin reytinq siyahısı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tura hazırki prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib. Namizədlərin reytinqində V.Zelenski (32,1 faiz) birinci, P.Poroşenko (17,1 faiz) ikinci yerdədir. Y.Timoşenko isə 12,5 faizlə ilk üçlüyü tamamlayıb.

Martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər