Banqladeşin paytaxtı Dəkkə şəhərinin Atatürk prospektində yerləşən “FR Tower” ofis binasında baş verən yanğın nəticəsində azı 19 nəfər ölüb, 70 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, ölənlər arasında Şri-Lanka vətəndaşlarının da olduğu bildirilir.
Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, bu gün günörta saatlarında başlayan yanğının söndürülməsinə 21 briqada cəlb olunub. Hərbi helikopterlərin də istifadə olduğu xilasetmə və söndürmə əməliyyatları davam edir.