6 Aprel 2019 00:42
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marşal Xəlifə Xaftarın rəhbərliyi altında Liviya Milli Ordusu Tripoli aeroportunu nəzarət altına alıb.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə komandanlığa yaxın mənbə bildirib.

Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, Tripolinin ətrafında döyüşlər davam edirlər.

Tripoli beynəlxalq aeroportu paytaxtın 34 kilometrliyindədir. Ordunun rəsmi nümayəndəsi Əhməd əl-Mismari cümə günü bildirmişdi ki, qoşunlar bir neçə istiqamət üzrə Tripoliyə hücum edirlər, ancaq hələ paytaxta girməyblər.

Qeyd edək ki, Liviyada 2011-ci ildə Müəmmər Qəddafinin qətlindən sonra siyasi böhran başlanıb. Ölkədə ikihakimiyyətlilik hökm sürür.

Tripolini BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sarracın rəhbəri olduğu Liviya Milli Barışıq Hökuməti idarə edir. Ölkənin şərq hissəsində yaradılan hökumət isə Tripolidən asılı olmayan və Xəlifə Xaftarın başçılıq etdiyi milli ordu ilə əməkdaşlıq edir.

Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Moskva Liviya generalını ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.

BMT 2019-cu ilin yazında ölkədə parlament seçkilərinin keçirilməsini istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər