10 Aprel 2019 19:09
2 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni KİV-lər Müdafiə və təhlükəsizlik məsələləri üzrə Milli Şuranın daimi komissiyasının iclası barədə sensasion məlumat yayıblar.

Teleqraf.com-un erməni mediasına istinadən xəbərinə görə, iclas 27 oktyabr 1999-cu il hadisələrinə həsr olunub. Qeyd edək ki, o, zaman bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq, spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı, spikerin müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikael Kotanyanı güllələyiblər.

Müdafiə və təhlükəsizlik məsələləri üzrə Milli Şuranın daimi komissiyasının iclasında Ermənistanın Baş naziri Nikol Paşinyaının yaxın silahdaşı, hakim partiyanın deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan sensasion açıqlama verib.

"27 oktyabr cinayəti açılıb. Sifarişçilər məlumdur. Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib", - erməni mediası Andranik Köçəryana istinadən bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər